10:13
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib
26 aprel 2024, 17:14Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü keçirilib.
Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş etdi.
Sultan Əhməd Əl-Cabir BƏƏ-nin COP28-in sədri və ev sahibi olaraq Azərbaycanla yaxından işləməkdən məmnunluğunu bildirərək, COP29 ilə bağlı BƏƏ-nin Azərbaycana dəstəyini əsirgəmədiyini diqqətə çatdırdı, bu istiqamətdə birgə işləməyə və əməkdaşlığa hazır olduqlarını vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanla BƏƏ arasında birgə fəaliyyətin əhəmiyyətini və COP28-də “üçlük” mexanizminin yaradılmasının vacibliyini qeyd etdi.
Söhbət zamanı Azərbaycanla BƏƏ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu, ölkəmizin yaşıl enerji sahəsinə BƏƏ tərəfindən yatırılan investisiyalar nəticəsində bərpaolunan enerji ixracı imkanlarının yaranması və bu istiqamətdə potensialın artması məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.
10:13
13:18
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...
13 may 2024, 13:1813:16
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...
13 may 2024, 13:1613:14
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...
13 may 2024, 13:1412:58
Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 13 may tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –...
13 may 2024, 12:5812:57
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...
13 may 2024, 12:5711:40
10:35
12:05
11:20
22:40
17:25